Azərbaycan və Andorra turizm sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Andorra turizm sahəsində əməkdaşlıq edəcək
# 05 iyun 2012 07:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyen Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev Bakı səfəri çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov arasında görüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı nazir müavini N. Səmədov tərəfindən xarici işlər naziri G.S.Sunyeyə Bakıda 2013-cü ilin 04 – 06 aprel tarixlərində keçiriləcək “AİTF” beynəlxalq turizm sərgisində və 29 may – 01 iyun tarixlərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak təklif olunub. Həmçinin Andorranın xarici işlər naziri tərəfindən turizm sahəsində əməkdaşlığa dair saziş təqdim olunub və “Şahdağ” Qış – Yay Turizm Kompleksinin işçiləri üçün Andorrada treninqlərin təşkili təklif olunub. Danışıqlar zamanı Andorra və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığa dair bir çox müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR