Azərbaycanın turizm bölgələrində mehmanxana və mehmanxana tipli obyektlərində monitorinq aparılacaq

Azərbaycanın turizm bölgələrində mehmanxana və mehmanxana tipli obyektlərində monitorinq aparılacaq
# 07 iyun 2012 15:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Yay-turizm mövsümünün başlaması ilə əlaqədar turizm potensiallı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinq aparılacaq. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən APA-ya verilən məlumata görə, monitorinqlər mövsümə hazırlıq səviyyəsinin yoxlanılması, cari mövsümdə turistlərə göstərilən xidmət tiplərinin araşdırılması məqsədi daşıyır.

Monitorinq komissiyasının tərkibində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları da yer alacaq. Monitorinq iyunun 11-dən iyul 5-dək 4 - Bakı-Gəncə (Gədəbəy, Gəncə, Naftalan, Mingəçevir), Bakı-Qax (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən), Bakı-Xaçmaz (Xaçmaz, Qusar, Quba) və Bakı-Lerik (Masallı, Lənkəran, Lerik) istiqaməti üzrə həyata keçiriləcək. Ədliyyə Nazirliyinin vahid reyestr xidmətindən 137 obyektdə monitorinq aparılması üçün çıxarış əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR