Azərbaycan MDB dövlətləri Turizm Şurasının iclasında iştirak edir

Azərbaycan MDB dövlətləri Turizm Şurasının iclasında iştirak edir
# 08 iyun 2012 08:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Belarusun Minsk şəhərində MDB iştirakçı dövlətlərinin Turizm üzrə Şurasının növbəti iclası keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, iclas zamanı MDB iştirakçı dövlətləri arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, Turizm Şurasının yeni statusu və sazişi və digər gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılacaq.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR