Mədəniyyət və turizm naziri turizm obyektlərinə, mehmanxanalara müraciət edib

Mədəniyyət və turizm naziri turizm obyektlərinə, mehmanxanalara müraciət edib
# 13 iyun 2012 20:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yay mövsümünün başlaması ilə əlaqədar ölkədə fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanalara müraciət edib. APA-nın məlumatına görə, Ə.Qarayev jurnalistlərə açıqlamasında deyib ki, mehmanxana və turizm şirkətləri bu mövsümdə qonaqlara yüksək xidmət təqdim etməlidirlər: “Turizm şirkətləri və mehmanxanalar bütün təbəqələrin maddi imkanlarına uyğun gələn xidmətlər təqdim etməlidirlər. Bununla da ölkədə turizmin düzgün yolla inkişaf etdiyi sübuta yetirilməlidir. Əgər bütün bunlara cəhd göstərməsək Azərbaycanda turizmin inkişafından danışmaq yersizdir”. Nazir Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinin daim nəzarət altında saxlanılacağını da bildirib: “Hazırda yay turizm mövsümü ilə əlaqədar müvafiq monitorinqlər həyata keçirilir. Monitorinqlə zamanı turizm obyektlərinin nöqsanlardan aradan qaldırılması tələb olunacaq, əgər bunlar aradan qaldırılmayacaqsa, artıq dövlət tərəfindən müəyyən olunmuş qaydalar tətbiq olunacaq. Tələb etdiyimiz kriteriyalara - xidmətlərin dərəcəsinə uyğun olması, təmizlik, sanitariya normaları, xidmətlərin müxtəlifliyi və insanların asudə vaxtını səmərəli keçirmələri daxildir. Sözsüz ki, biz həm də kadr hazırlığını, qonaqpərvərlik sisteminə nə qədər cavab verməsini də önəm tuturuq”. Nazir bildirib ki, mövsüm zamanı turizm obyektlərində süni qiymət artımı monitorinqlə bağlanılmamalıdır: “Monitorinqlər ona xidmət edir ki, xidmətlərin səviyyəsi artırılsın və bizim insanlar turizm xidmətlərindən səmərəli istifadə etsinlər. Qiymətlərin formalaşdırılmasını yalnız bazar tənzimləyir”.
Ötən il Azərbaycanda daxili turizm qiymətlərində 20 faizə qədər endirim müşahidə olunduğunu da əlavə edən Ə.Qarayev, bu il ötən illə müqayisədə 10%-ə qədər endirimin nəzərdə tutulduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR