III Milli Turizm Mükafatı müsabiqəsi elan edilib

III Milli Turizm Mükafatı müsabiqəsi elan edilib
# 14 iyun 2012 08:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən III Milli Turizm Mükafatı müsabiqəsi elan edilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, müsabiqənin məqsədi turizm sənayesinin davamlı inkişafını, xidmət keyfiyyətinin yüksəldilməsi, Azərbaycanda mədəni-idraki, ekoloji, sağlamlıq və digər turizm növlərinin stimullaşdırılmasıdır.

Müsabiqədə iştirak etmək üçün ərizələr iyunun 20-dən sentyabrın 20-dək qəbul ediləcək. Qaliblərin təltif etmə mərasimi sentyabrın 27-də Ümumdünya Turizm Günündə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR