Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xaçmaz rayonuna infotur təşkil olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi  ilə Xaçmaz rayonuna infotur təşkil olunub
# 16 iyun 2012 10:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İyunun 16-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Malibu” İstirahət Mərkəzinin təşkilatçılığı ilə birgə Xaçmaz rayonu Nabran bölgəsinə infotur başlayıb. APA-nın məlumatına görə, infotur Nabranın turizm potensialının təqdimatı məqsədi daşıyır. İki gün davam edəcək infoturda Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz rayon İcra Hakimiyyəti, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz rayon İcra Hakimiyyəti, turizm şirkəti əməkdaşları və KİV nümayəndələrindən ibarət 50-yə yaxın nümayəndə iştirak edir. İnfoturun ilk günü iştirakçılar Şabran şəhərinin qalıqlarına ekskursiya ediblər. Bundan əlavə, infotur iştirakçıları rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eləcə də mədəni-tarixi abidələrlə və rayonun təbiəti ilə də tanış olmaq imkanı qazanacaq.

Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə layihənin birgə həyata keçirilməsi planlaşdırılıb. Layihənin məqsədi respublikamızın ən füsunkar rayonlarından biri olan Xaçmaz rayonuna yerli turizm şirkətlərindən və kütləvi informasiya vasitələrindən ibarət turizm üzrə infoturun təşkil olunmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR