Turizm İnstitutunun əməkdaşı Rusiyada keçirilən işçi seminarda iştirak edib

Turizm İnstitutunun əməkdaşı Rusiyada keçirilən işçi seminarda iştirak edib
# 20 iyun 2012 07:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Bu günlərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkə universitetlərinin turizm sahəsində beynəlxalq elm və təhsil konsorsiumu təsisçilərinin ilk işçi seminarı olub.
Azərbaycan Turizm İnstitutundan APA-ya verilən məlumata görə, tədris şöbəsinin müdiri Nərminə Abdullayeva seminardakı çıxışında təmsil etdiyi institutun ölkə ali təhsil ocaqları sırasında tutduğu mövqe və xarici partnyorlarla əlaqələri, ikili diplom təcrübəsi, yüksək ixtisaslı turizm kadrlarının hazırlanması məsələlərindən danışıb.
Seminarda yay məktəblərinin (akademik heyət və tədqiqatçılar üçün), muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübə mübadiləsi, ikili diplom proqramı çərçivəsində müştərək magistr proqramlarının təşkili və s. problemlər başlıca müzakirə predmeti olub. Tədbirin son günü QDİƏT-ə üzv ölkə universitetlərinin turizm sahəsində beynəlxalq elm və təhsil konsorsiumunun yaradılması haqqında təkliflər paketinin hazırlanıb müvafiq quruma təqdim edilməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR