«Four Seasons Hotel Baku» sentyabrda fəaliyyətə başlayacaq

«Four Seasons Hotel Baku» sentyabrda fəaliyyətə başlayacaq
# 17 avqust 2012 09:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bakı şəhərinin mərkəzində inşa olunmuş «Four Seasons Hotel Baku» oteli sentyabrın 4-dən qonaqların qəbuluna başlayacaq. Otelin müdiriyyətindən «APA-Economics»ə verilən məlumata görə, artıq oteldə otaqların sifarişi başlayıb.

Oteldə 29-u lüks olmaqla 171 nömrə var. Lüks nömrələrdən 2-si prezident nömrəsidir. Otelin 8-ci mərtəbəsində yerləşən prezident nömrələri digər otaqlardan böyük ölçüləri ilə fərqlənir. «Xəzər» və «Liman» adlanan otaqların hər birinin sahəsi 284 kv. metrdir. Oteldə otaqların qiymətləri 300 manatdan başlayır. Prezident nömrələrində qiymət 6000 manatdır. Oteldə böyük və kiçik banket zalları, işgüzar və ictimai görüşlər və tədbirlər üçün 5 konfrans zalı da daxildir. Zallar Azərbaycan milli muğamlarının adı ilə «Segah» (500 nəfərədək) və «Rast» (390 nəfərədək) adlandırılıb.

Qeyd edək ki, 350 işçisi olan «Four Seasons Hotel Baku» məşhur «Four Seasons» otellər şəbəkəsinin dünyadakı 86-cı otelidir. «Four Seasons Hotel Baku» oteli Azərbaycanın «Pasha Holding» şirkətlər qrupuna daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR