Mədəniyyət və Turizm Nazirliyi: “Azərbaycan və Türkiyədəki hotellərin qiymətlərini müqayisə etmək düzgün deyil”

Mədəniyyət və Turizm Nazirliyi: “Azərbaycan və Türkiyədəki hotellərin qiymətlərini müqayisə etmək düzgün deyil”
# 05 noyabr 2012 13:37 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanda mehmanxanalardakı xidmətlərin qiymətlərinin bahalığı daha çox onların sayının azlığı ilə əlaqədardır. APA-nın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün Bakıda keçirilən Xəzər –Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib.

“Ümumiyyətlə qiymətlər rəqabətdən asılı olaraq formalaşır. Əgər hansısa regionda yeni mehmanxanalar yaranarsa, onda həmin ərazidəki hotellərdə qiymətlərin enməsinə iman verər”.

İsmiyev Azərbaycanın hotellərindəki qiymətlərinin Türkiyə hotelləri ilə müqayisə edilməsini də doğru saymayıb. Onun sözlərinə görə, Türkiyədə yalnız bir bölgədə 500 hotel olduğu halda, Azərbaycandakı bütün hotellərin sayı 508-dir: “Buna görə də bu qiymətləri heç cür müqayisə etmək olmaz. Azərbaycanda mehmanxanaların sayı artdıqca rəqabət da artacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR