Dövriyyədə olan nağd pulların həcmi azalır

Dövriyyədə olan nağd pulların həcmi azalır
# 07 noyabr 2016 07:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 2,38% və ya 144 mln. manat artaraq bu ilin oktyabr ayının 1-nə 6 194 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, sentyabr ayında dövriyyədə olan nağd pulların həcmi 132,1 mln. manat və ya 2,09% azalıb. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə iyunda dövriyyədə olan nağd pulların həcmi 777,2 mln. manat və ya 14,35% artıb. Beləliklə, 7 aylıq artımdan sonra artıq ikinci aydır ki, ölkədə dövriyyədə olan nağd pulların həcmi azalır.

Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 77,6% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR