Astarada avtomobillə vurulan uşaq ölüb

Astarada avtomobillə vurulan uşaq ölüb
# 26 fevral 2016 08:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Astarada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan uşaq ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 24-də saat 14 radələrində Astara şəhərində şəhər sakini Araz Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi, 8 yaşlı Məhəmməd Əsədovu vurub. Xəstəxanaya yerləşdirilmiş M.Əsədov fevralın 25-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR