İranlı nazir müavini Novruz bayramında turistlərin gediş-gəlişinə münasibət bildirib

Əliəsğər Şalbafiyan

© APA | Əliəsğər Şalbafiyan

# 28 yanvar 2022 14:33 (UTC +04:00)

“İran Azərbaycan ilə turizmin inkişafına dair proqram hazırlayıb”.

Bunu İranın turizm və mədəniyyət nazirinin müavini Əliəsğər Şalbafiyan APA-nın İran müxbirinə eksklüziv açıqlamasında deyib.

Ə. Şalbafiyan qeyd edib ki, Azərbaycan İran üçün turizm sahəsində önəmli ölkələrdəndir: "İran Azərbaycandan turistlərin cəlb edilməsində maraqlıdır. Sağlamlıq və ziyarət turizmi sahəsində əməkdaşlığa önəm veririk".

O qeyd edib ki, hazırda iki ölkə arasında sərhədlər açıqdır və gediş-gəliş üçün problem yoxdur: “Novruz bayramında turistlərin gediş-gəlişi ilə bağlı qərarı ölkənin koronavirusla mübarizə qərargahı verməlidir”.

Qeyd edək sabahdan (29 yanvar) Tehranda 15-ci beynəlxalq turizm və sənaye sərgisi keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR