Gəncədə narkotik və odlu silah saxlayan şəxs tutulub

Gəncədə narkotik və odlu silah saxlayan şəxs tutulub
# 02 yanvar 2016 09:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini narkotik vasitə ilə saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, idarənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1973-cü il təvəllüdlü Xəqani Zeynalov yaşadığı binanın qarşısında şübhəli şəxs kimi saxlanılıb. İdarəyə gətirilən X. Zeynalovun üzərinə baxış zamanı əynində olan qara rəngli gödəkcənin cibindən sellofana bükülmüş 28, 2 qaram tiryək aşkar olunaraq götürülüb. Onun yaşadığı ünvana baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, üzərində olan sandıqçası və 3 ədəd güllə ilə birlikdə 1 kiloqram 50 qram tiryək və ümumi çəkisi 29 kiloqram olan marixuana aşkarlanıb.

Məlumata görə, saxlanılan şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR