Laçında səfərdə olan səyyah: “Cümhuriyyət bayramını Qarabağda qeyd etmək istədik”

Vural Özmetik

© APA | Vural Özmetik

# 30 oktyabr 2022 17:16 (UTC +04:00)

“Biz Cümhuriyyət bayramını Qarabağda qeyd etmək istədik. Bir millət iki dövlət düşüncəsi ilə Qarabağın azadlığını görmək, bu duyğuları məhz burada yaşamaq gözəldir. Azad edilən Qarabağda olduğuma görə çox xoşbəxtəm”.

Bu sözləri APA-nın yerli bürosunun əməkdaşına Türkiyə Gəzginlər Klubunun üzvü Vural Özmetik söyləyib.

Hazırda Laçında olan səyahətçi deyib ki, bir də gəldiyində burda əsl ev sahiblərinin geriyə döndüyünü görməyi arzulayır:

“Sizlərlə qürur duyuram. Türkiyə demək Azərbaycan deməkdir. Biz Türk dövləti olaraq ermənilərdən çox çəkmişik, həmişə də sonda qalib biz olmuşuq. Neçə gündür Qarabağda gördüyüm erməni vəhşiliyi məni çox üzdü. Amma onlar anlamalıdır ki, türk həmişə qalib olmağı bacaracaq. Qarabağda gördüyüm quruculuq işləri məni çox sevindirdi.

Allah şəhidlərimizə rəhmət eləsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR