Ötən ay Trabzona səfər edən turistlərin siyahısında azərbaycanlılar ikinci olub

Ötən ay Trabzona səfər edən turistlərin siyahısında azərbaycanlılar ikinci olub
# 25 avqust 2023 12:11 (UTC +04:00)

İyul ayında Türkiyənin Trabzon şəhərinə səfər edən turistlərin sayında azərbaycanlılar 2-ci pillədədir.

APA-Economics” Türkiyə mediasına istinadən xəbər verir ki, azərbaycanlı turistlər yalnız almanlardan geri qalıblar. İlk üçlüyü isə BƏƏ-dən olan turistlər qapayır.

Qeyd edək ki, ötən ay Trabzona Azərbaycan da daxil olmaqla 12 ölkədən 3 min 909 aviasəfər olub. Ümumilikdə isə bu ilin 7 ayında qardaş ölkə şəhərinə 740 minə yaxın turist səfər edib ki, bunlardan 340 minini yerli, 400 minini isə xarici turistlər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR