Küveytin aparıcı KİV nümayəndələri Azərbaycana gəlib

Küveytin aparıcı KİV nümayəndələri Azərbaycana gəlib
# 27 may 2016 10:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Küveytin aparıcı kütləvi informasiya vasitələri nümayəndələri Azərbaycana gəlib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər Azərbaycanın Küveytdəki Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən turizm nümayəndəliyi “Atlantis Holidays” şirkətinin təşkilatçılığı baş tutub. Küveytdə Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə “Al Jarida”, “Al Nahar”, “Al Anbaa”, “Al Rai” qəzetlərinin nümayəndələri iştirak edir. Səfər çərçivəsində KİV nümayəndələrinin paytaxt Bakı ilə yanaşı, Qəbələ və Şəki rayonlarına səfərləri planlaşdırılır.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana orta şərq ölkələrindən 9300 nəfərdən çox turist səfər edib. Bu, 2014-cü illə müqayisədə 4000 nəfərdən çox artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR