Ötən il Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə daşınan sərnişinlərin sayı açıqlanıb

Ötən il Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə daşınan sərnişinlərin sayı açıqlanıb
# 09 yanvar 2018 23:23 (UTC +04:00)

2017-ci ildə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 20 685, Bakıdan Naxçıvana isə 20 964 sərnişin daşınıb.

APA-nın Naxçıvan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 135 marşrut xətti üzrə rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.

Bildirilib ki, ötən il avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslara Naxtel-4G GPS monitorinq izləmə sistemi quraşdırılıb. Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobuslara və taksilərə isə GPS-lərin quraşdırılması işi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR