Ötən il Ukraynanı Azərbaycandan 106 min nəfər ziyarət edib

Ötən il Ukraynanı Azərbaycandan 106 min nəfər ziyarət edib
# 05 mart 2013 11:00 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Ötən il Ukraynanı Azərbaycandan 106 min nəfər ziyarət edib, onlardan 4 min nəfəri bu ölkəyə turist kimi gəlib. APA-nın xəbərinə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.


Keçən il Ukraynanı 25 mln. nəfər ziyarət edib ki, bu da 2011 illə müqayisədə 500 min nəfər çoxdur. Artımın əsas səbəbi 2012-ci ildə Ukrayna və Polşada keçirilən futbol üzrə Avropa çempionatı olub.


Ötən il Ukraynanı müxtəlif məqsədlərlə ən çox ruslar ziyarət edib – 1 016 200 nəfər. İkinci yerdə Moldova (579 800 nəfər), üçüncü yerdə isə Belarus (324 600 nəfər) qərarlaşıb.

Ukrayna DSX-nin məlumatında bildirilir ki, 2012-ci ildə bu ölkənin 22 mln. vətəndaşı xaricə səfər edib. Ukraynalılar keçən il daha çox Rusiyaya üz tutublar - 610 400 nəfər. İkinci yerdə Polşa (578 700 nəfər), üçüncü yerdə isə Moldova yerləşib 218 000 nəfər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR