Türkiyədən Azərbaycana gələnlərin sayında azalma müşahidə edilib

Türkiyədən Azərbaycana gələnlərin sayında azalma müşahidə edilib
# 08 yanvar 2018 14:29 (UTC +04:00)

2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub.

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu, indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.

Turistlərdən 853 082 nəfəri Rusiya Federasiyası, 537 710 nəfəri Gürcüstan, 362 597 nəfəri İran, 301 553 nəfəri Türkiyə, 102 360 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfəri İraq, 57 756 nəfəri Ukrayna, 33 273 nəfəri Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Xarici vətəndaşlar daha çox iyul ayında gəlib - 313 515 nəfər.

2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19,9 faiz, 13,4 faiz, 11,2 faiz və 3,8 faiz təşkil edib. 2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olub. 2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4,5 dəfə, Omandan 7,4 dəfə, BƏƏ-dən 1,9 dəfə, İrandan 1,4 dəfə, Hindistandan 2,3 dəfə çox xarici vətəndaş gəlib. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR