«Bank Standard» son bir ildə məcmu kapitalını 3% artırıb
04 avqust 2009 08:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 523,721 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan analoji göstəricidən 26,5% azdır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 36,6% azalaraq 158,949 mln. manat, kredit portfeli 18,4% azalaraq 358,368 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 68,1% azalaraq 64,181 mln. manat olub.
Həmçinin, bankın məcmu kapitalı 3,1% artaraq 85,190 mln. manata, o cümlədən nizamnamə kapitalı 29,1% artaraq 64,56 mln. manata çatıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 31,5% azalaraq 39,709 mln. manat, xərcləri isə 16,5% azalaraq 32,143 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 3,3% azalaraq 9,786 mln. manat olub.
Bu müddət ərzində bank tərəfindən əlavə 2 filial açılıb. Cari ilin iyul ayının 1-nə bankın işçilərinin sayı 17% artaraq 442 nəfər təşkil edib.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 17 filialı, 51 bankomatı və 442 POS-terminalı var.

Maliyyə
Kapital Bank-ın İdarə Heyətinin sədri “INMerge” İnnovasiya Sammitində çıxış edib
17:11
11 oktyabr 2024
Maliyyə Nazirliyinin şöbə müdiri vəzifəsindən ayrılıb
17:09
11 oktyabr 2024
"Kapital Bank"ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarılıb
17:04
11 oktyabr 2024
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
15:58
11 oktyabr 2024