«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda I yarımillikdə 5 platformadan gündə orta hesabla 806 min barel neft hasil olunub

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda I yarımillikdə 5 platformadan gündə orta hesabla 806 min barel neft hasil olunub
# 18 avqust 2009 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundakı 5 platformadan gündə orta hesabla 806 min bareldən artıq neft hasil edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin iyun ayının sonunda «Çıraq» platformasında 19 quyu olub (13 hasilat və 6 suvurma quyusu) və ilin birinci yarısı ərzində oradan orta hesabla gündə təxminən 111,7 min barel neft hasil edilib.

«Mərkəzi Azəri» platformasında isə 18 quyu (13 hasilat və 5 qaz injektor quyusu) mövcud olub ki, hesabat dövründə oradan gündə 173,2 min bareldən artıq hasilat aparılıb.

«Qərbi Azəri»də 17 quyudan (12-si hasilat və 5-i suvurma quyusudur) gündəlik orta hesabla təxminən 266,8 barel, «Şərqi Azəri»də 13 quyudan (9-u hasilat və 4-ü suvurma) 142,8 min barel, «Dərinsulu Günəşli»də isə 17 quyudan (9 hasilat və 8 suvurma) 111,6 min barel neft hasil olunub.

Nəticədə, bütün platformalardan orta hesabla gündə təxminən 806,1 min barel neft hasil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR