Rusiya Federal Biotibb Agentliyi koronavirusun aşkarlanması üçün çip əsasında yeni test sistemini təqdim edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sistem vasitəsilə testin nəticəsini 15-20 dəqiqə ərzində əldə etmək mümkün olacaq.
"İlyarım əvvəl Rusiyanın Səhiyyə naziri Veronika Skvortsovanın göstərişi ilə Troitsk Mühəndislik Mərkəzində Göstərici-Bio cihazı hazırlanıb. Bu gün xüsusi cihaz mikrofluid çiplər əsasında təqdim edilmiş test sistemi bu cihazda istifadə üçün hazırlanıb”, - deyə Rusiya Federal Biotibb Agentliyinin mətbuat xidmətinin məlumatında bildirilir.