Azərbaycanda ictimai iaşə sektoru 8% böyüyüb

Azərbaycanda ictimai iaşə sektoru 8% böyüyüb
# 15 iyul 2024 10:43 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 30 milyon manat olub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% çoxdur.

Hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 8,8% artaraq 520,9 milyon manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR