Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1748 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Gələnlərin 28,7%-i Rusiya Federasiyası, 16,2%-i Türkiyə, 9,2%-i Hindistan, 8,1%-i İran, 4,4% i Səudiyyə Ərəbistanı, 4%-i Gürcüstan, 3,3%-i Qazaxıstan, 2,8%-i Pakistan, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,7 %-i Özbəkistan, 1,5 %-i Çin, hər birindən 1,4 % olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 % olmaqla İsrail, Türkmənistan və Oman, 1 %-i Belarus, 10,9 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 %-ini kişilər, 33,2 %-ini qadınlar təşkil edib..
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,4 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Çindən - 2,0 dəfə, İspaniyadan - 1,8 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Filippindən - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Omandan - 49,6 %, İrandan - 42,1 %, İtaliyadan - 35%, Polşadan - 33,7%, Səudiyyə Ərəbistanından - 31,4%, Türkmənistandan - 30,3%, Yəməndən - 28,1%, Misirdən - 26,7%, Küveytdən - 23,8%, ABŞ-dan - 21,6%, Özbəkistandan - 20,9%, Ukraynadan - 18,9%, Türkiyədən - 18,8%, Almaniyadan - 18,6 %, Rusiya Federasiyasından - 17,7%, Fransadan - 12,6%, Gürcüstandan - 10,9%, Moldovadan - 10,9%, Tacikistandan - 10,8%, Bəhreyndən - 10,5%, Birləşmiş Ərəb Əmirliklərindən - 10,1% artıb.
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 34,5% artaraq 307,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,5% artaraq 67,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5% artaraq 663,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 %-i hava, 23,2 %-i dəmir yolu və avtomobil, 1,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.