"McKinsey&Company" şirkəti "Azərenerji"nin məsləhətçisi oldu

"McKinsey&Company" şirkəti "Azərenerji"nin məsləhətçisi oldu
# 24 may 2019 17:22 (UTC +04:00)

“Azərenerji” ASC modernləşdirmə istiqamətində xüsusi addım ataraq dünyanın aparıcı 10 konsaltinq şirkətlərindən biri hesab olunan “McKinsey&Company” şirkəti ilə məsləhətçi xidmətlərin göstərilməsi üçün 3 illik müqavilə imzalayıb.

ASC-dən ONA-ya verilən məlumata görə, müqaviləyə əsasən, “McKinsey&Company” şirkəti modernləşdirmə işləri, yeni generasiya güclərinin yaradılması, elektrik stansiyalarının tikilməsi, enerji sisteminin idarəetməsi, idxal-ixrac məsələləri, Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərenerji”nin hədəflərinə çatmaq və digər məsələlərdə məsləhətçi funksiyasını həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR