İngiltərənin “Liverpul” klubunun əfsanəsi Kenni Dalqliş koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisi açıqlayıb.
Mersisaydlıların keçmiş futbolçusu və baş məşqçisi iki gün öncə xəstəxanaya yerləşdirilib. Zəruri müdaxilədən sonra 69 yaşlı şotlandiyalı koronavirus testindən keçib. Bu gün analizin cavabları Dalqlişin virusa yoluxduğunu göstərib.
Bildirilir ki, mütəxəssisdə bu xəstəliyin simptomları olmayıb. Xəstəxanaya yerləşdirilənə qədər özü ailəsi ilə birlikdə izolyasiya edilib.
Qeyd edək ki, 1977-1990-cı illərdə “Liverpul”un şərəfini qoruyan Dalqliş 1985-1991 və 2011-12-ci illərdə əsas komandanın baş məşqçisi olub. O, həmçinin “Blekbern” (1991-95), “Nyukasl” (1997-98) və 1969-77-ci illərdə formasını geyindiyi “Seltik”i (2000) çalışdırıb.