AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəkili ilə bağlı Vəkillər Kollegiyasına müraciət olunacaq

AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəkili ilə bağlı Vəkillər Kollegiyasına müraciət olunacaq
# 11 may 2018 09:26 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən Qoçalı Cəbiyevin vəkili növbəti dəfə prosesə gəlməyib. Bununla bağlı Vəkillər Kollegiyasına müraciət olunacaq.

 

Buna görə proses mayın 18-də davam etdiriləcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR