“NomadMania” səyyah klubu Cəbrayılda mina təmizləmə prosesini izləyib - FOTO - VİDEO - YENİLƏNİB

“NomadMania” səyyah klubu Cəbrayılda mina təmizləmə prosesini izləyib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 26 aprel 2025 13:42 (UTC +04:00)

Dünya şöhrətli “NomadMania” səyyah klubu Cəbrayıl rayonunda olub.

APA-nın yerli bürosu xəbər verir ki, səyyahlar rayonun Mehdili kəndi ərazisində minatəmizləmə əməliyyatı ilə yaxından tanış olublar.

ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev ərazi haqqında onlara məlumat verib. O, diqqətə çatdırıb ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yerləşən mina sahəsində 92 gündür təmizləmə əməliyyatı aparılır və minalı sahə 83 511 kvadratmetrdir.

Bu günə kimi ərazinin 56 500 kvadratı təmizlənib və 875 ədəd mina və bir küstar üsulla hazırlanan partlayıcı qurğu aşkarlanıb.

Bildirilib ki, ərazidə tapılan minalar partlayış qrupu tərəfindən zərərsizləşdirilib. Ərazidə aşkarlanan minaların 720 ədədi Ermənistan istehsalı olan piyada əleyhinə minalardır. 155 ədəd isə tank əleyhinə olan minalardır ki, bunlar Rusiya istehsalıdır.

Səyyahlar mina təmizləmə əməliyyatı ilə tanış olublar. Həmçinin ərazidən aşkar edilmiş döyüş sursatının partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini izləyiblər.

Bununla da dünya xarici səyyahların bölgəyə səfəri başa çatıb.

***

12.29

Dünya şöhrətli “NomadMania” səyyah klubunun Cəbrayıl rayonuna səfəri başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, dünya səyyahları rayonun Mehdili kəndində aparılan minatəmizləmə əməliyyatı ilə tanış olacaqlar.

Qeyd edək ki, aprelin 24-də dünyanın 30 ölkəsindən olan beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb.

6 qitəni təmsil edən səyyahların yer aldığı qrupun rəhbəri dünya şöhrətli səyyah, NomadMania klubunun təsisçisi Hari Mitsidisdir. Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olub. Aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edib.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR