Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Qarabağa səfəri çərçivəsində Xankəndidə Qarabağ Universitetində olublar.
APA-nın yerli bürosu xəbər verir ki, 6 qitədən təmsilçisi olan səyyah qrupu universitetdə tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
Universitetdə təşkil edilmiş görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin anılması ilə başlayıb.
Qarabağ universitetinin rektoru Şahin Bayramov çıxış edərək universitet haqqında geniş məlumat verib.
Daha sonra azərbaycanlı səyyah Mehrac Mahmudov çıxış edib.
Beynəlxalq səyyahlarının müxtəlif dövrlərdə Azərbaycana, xüsusi ilə də işğaldan azad olunmuş ərazilərə səfərlərindən hazırlanmış sənədli film təqdim olunub.
İngilis dilində hazırlanmış filmdə səyyahların xatirələri, Qarabağ həqiqətləri geniş yer alıb.
Beynəlxalq səyyah qrupunun rəhbəri dünya şöhrətli səyyah, NomadMania klubunun təsisçisi Hari Mitsidisdir çıxışında xatirələrini danışıb. O, müharibənin törətdiyi faciələrdən, yol açdığı faciələrdən danışıb, sülhün dəstəkçisi olduğunu vurğulayıb.
Tədbirin davamında tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda qonaqlar universitet kitabxanasında olub, kitabxanaya kitablar hədiyyə ediblər.
Qeyd edək ki, bununla da qrupun Xankəndi şəhərinə olan səfəri başa çatıb. Onlar Ağdam şəhərinə səfər edəcəklər.
***
14.34
Dünya şöhrətli “NomadMania” səyyah klubunun Xankəndiyə səfəri başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, dünyanın 30 ölkəsindən olan beynəlxalq səyyahlar Şuşadan sonra Xankəndiyə gəliblər.
Onlar Qarabağ Universiteti ilə tanış olublar.