Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb
# 11 mart 2020 10:22 (UTC +04:00)

Bakıda 33 yaşlı kişi bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, 6-cı mikrorayon, Ə. Ağayev küçəsində qeydə alınıb.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Elşən Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. E. Quliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Polis tərəfindən hadisə törədən şəxs və yaxud şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR