Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 243,78 min ABŞ dolları dəyərində 86,35 ton dondurma və digər yeyinti buz növləri (tərkibində kakao olan və olmayan) idxal edilib.
"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,9 dəfə və ya 211,3 min dollar, miqdar baxımından isə 17% və ya 17,02 ton azalıb.
Qeyd edək ki, idxal olunan məhsulun 115,69 min dolları və ya 43 tonu Rusiyanın, 58,45 min dolları və ya 26,28 tonu isə Ukraynanın payına düşüb.