Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri abonentə SMS-lə göndəriləcək

Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri abonentə SMS-lə göndəriləcək
# 10 iyun 2020 18:44 (UTC +04:00)

Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlərin göndərilməsi üçün yeni qayda müəyyənləşir.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Elektrik enerjisindən istifadə Qaydaları”nda müvafiq dəyişiklik edib.

Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR