Tibb Universitetində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Tibb Universitetində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
# 28 fevral 2018 14:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsi Azərbaycan Tibb Universitetində 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirib.

APA-nın xəbərinə görə, “Mülki Müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda keçirilən tədbirdə universitetin müəllim və tələbələri, Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin, FHN-in və Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

ATU-nun prorektoru Natiq Xəlilov Ümumdünya Mülki Müdafiə Təşkilatının tarixinə qısa ekskurs edərək bu mötəbər nüfuzlu beynəlxalq qurumun yaradılmasına - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş humanitar tədbirin Tibb Universitetində təşkilinə görə Fövqəladə Hallar Nazirliyinə təşəkkürünü bildirib.

FHN-in Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi general-mayor Niyazi Zamanov nəzərə çatdırıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Qeyd edib ki, respublikada neft-qaz sənayesinin inkişafı, ölkəmizin yerləşdiyi təbii-coğrafi şərait texniki və təbii mənşəli fövqəladə halların baş vermə ehtimallarının hər zaman mövcud olduğunu deməyə əsas verir: “Bu amillər, eyni zamanda Ermənistan kimi qəsbkar bir dövlətlə qonşuluqda yerləşməyimiz mülki müdafiə işinin daim diqqətdə saxlanılmasını zəruri edir”.

Natiq ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmadi olaraq lazımi tədbirlər görüldüyünü də nəzərə çatdırıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin rəhbəri Furyo D.Angels təmsil etdiyi qurumun mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərdən danışıb. O, Azərbaycanda aidiyyəti qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin BMT-nin mülki əhalinin təhlükəsizliyinin qorunması proseslərində də yaxından iştirak etdiyini bildirib.

Baş İdarənin əməkdaşı Rövşən Mehdiyev qeyd edib ki, fövqəladə halların effektiv idarə olunması, o cümlədən mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması üçün dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi zəruridir.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Qurban İsmayılov rayonda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR