Beynəlxalq Valyuta Fondu (BVF) bu il ABŞ-da ÜDM istehsalının 8% azalacağını proqnozlaşdırır.
"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin "World Economic Outlook" (WEO) hesabatının iyun buraxılışında deyilir.
Yeni proqnoz Fondun apreldəki mənfi gözləntisindən 2,1 faiz bəndi azdır. BVF 2021-ci ildə ABŞ iqtisadiyyatının bərpa olaraq 4,5% artacağını gözləyir. Bu, aprel proqnozundan 0,2 faiz bəndi azdır.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) son proqnozuna əsasən, bu il ölkə iqtisadiyyatı 6,5% azalacaq, gələn il isə 5% artacaq.