Elmar Məmmədyarovla Xorvatiyanın Xarici İşlər naziri arasında telefon danışığı olub

Elmar Məmmədyarovla Xorvatiyanın Xarici İşlər naziri arasında telefon danışığı olub
# 24 aprel 2020 18:38 (UTC +04:00)

Aprelin 24-də Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun qarşı tərəfin təşəbbüsü əsasında Xorvatiya Xarici işlər naziri Qordan Qrliç Radman arasında telefon söhbəti baş tutub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin perspektivlərini müzakirə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlər də daxil olmaqla ikitərəfli siyasi əlaqələrdən məmnunluq ifadə ediblər. Eyni zamanda, iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləri, Şərq Tərəfdaşlığında iştirak, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Hazırkı qlobal vəziyyətə toxunan Nazirlər, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və qarşılıqlı dəstək məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Sonda Elmar Məmmədyarov Xorvatiyalı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət etdi və nazir Qordan Qrliç Radman dəvəti məmnunluqla qəbul etdi. Səfərin vaxtı ümumdünya sağlamlıq böhranı bitdikdən sonra diplomatik kanallar vasitəsilə müəyyən olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR