2020-ci ilədək çimərliklərə təmizlənməmiş kanalizasiya sularının axıdılmasının qarşısı alınacaq

2020 ci iledek cimerliklere temizlenmemis kanalizasiya sularinin axidilmasinin qarsisi alinacaq

Azərbaycanda 2017-2020-ci illərdə çimərliklərdə ətraf mühitin mühafizəsinə dair kompleks tədbirlər həyata keçiriləcək.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

 

Tədbirlər Planına əsasən Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi bu il çimərliklərin mühafizəsi sahəsində normativ hüquqi aktların tələblərini pozan hüquqi və fiziki şəxslərin inzibati məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlamalıdır. “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları 2017-2020-ci illərdə çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkilini təmin etməlidir. Bu müddət ərzində “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinə ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsinin təmin edilməsi tapşırılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi və yerli icra hakimiyyəti orqanları 3 il ərzində çimərliklərdə sanitariya-mühafizə zonalarının yaradılması və bu ərazilərdə həyata keçirilməsinə qanunla yol verilən fəaliyyət növləri ilə bağlı təkliflər verməlidirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2017-2018-ci illərdə çimərliklərdə məişət tullantılarının idarə olunması mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
  • bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib
    Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşi...
bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ