Aİ Azərbaycan nümayəndəliyinin müşaviri: “Bakı Şopinq Festival yeni brendə çevrilə bilər”

ai azerbaycan numayendeliyinin musaviri baki sopinq festival yeni brende cevrile biler

“Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Bakıda keçirilən ilk Şopinq Festivalı diqqətlə izləyir”.

 

APA-nın xəbərinə görə, bunu www.bakushopfest.com saytına Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis deyib: “Güclü rəqabətin mövcud olduğu bu regionda Bakı vacib üstünlüklərə sahibdir. Xariclə, xüsusilə də ərəb ölkələri ilə yüksək səviyyəli hava əlaqəsinin olduğu Bakı, həm də müasir infrastruktura malikdir. Bundan əlavə, UNESCO-nun qorunan mədəni abidələri siyahısına salınmış “İçərişəhər” dövlət qoruğu, zəngin mətbəx və ən əsası, sakinlərin qonaqpərvərliyi Bakını digər şəhərlərdən fərqləndirir.

 

Artıq bir brendə çevriləcək Bakı Şopinq Festivalı isə öz xüsusi təklifləri və güzəştləri ilə Azərbaycan paytaxtını həm də tanınmış ticarət məkanı kimi məşhurlaşdıra bilər. Hesab edirəm ki, mədəni tədbirlərin sayını artırmaqla, yerli və xarici dizaynerlərin, modelyerlərin şopinq təklifləri ilə bu festivalın miqyasını daha da genişləndirmək olar”.

 

D. Daniilidis bildirib ki, Bakının Şərqlə Qərbin kəsişdiyi coğrafiyada yerləşməsi, həmçinin şəhərdə çoxlu sayda Avropa brendlərinin mağazalarının mövcudluğu, İran və körfəz ölkələrindən çoxlu sayda turistləri cəlb edir: “Amma avropalı turistlərin bu Şopinq Festivala diqqətini cəlb etmək mümkündür. Bunun üçün bütün addımlar atılıb. Avropa qitəsi ilə yüksək səviyyəli hava rabitəsinin olması ilə yanaşı, ASAN xidməti vasitəsilə elektron vizaların əldə edilməsi avropalı turistlərin istirahət və şopinq seçimlərini məhz Bakının xeyrinə etməsi üçün geniş imkanlar açır”.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida bir gunde 616 eded partlamamis herbi sursat askarlanib
    Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat aşkarla...
  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
goranboy sakini yaniq xesaretleri alib goranboy sakini yaniq xesaretleri alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ