Aviaşirkətlər idman yarışları zamanı Azərbaycana vizasız səfərlərlə bağlı məlumatlandırılıb

aviasirketler idman yarislari zamani azerbaycana vizasiz seferlerle bagli melumatlandirilib

Dövlət Miqrasiya Xidmətinin Aparatında Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

 

Dövlət Miqrasiya Xidmətindən  APA-ya verilən xəbərə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin IV İslam Həmrəyliyi Oyunları və “2017 Formula 1” Azərbaycan Qran-Pri yarışı ilə bağlı ölkəyə gəliş qaydaları, eləcə də viza prosedurlarının sadələşdirilməsi barədə aviasiya şirkətlərinə məlumat vermək dövlət başçısının müvafiq  sərəncamları ilə Dövlət Miqrasiya Xidmətinə tapşırılıb.

 

Aviasiya şirkətlərinin nümayəndələri ilə görüşdə xidmət rəisinin müavini Pərviz Musayev IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikaya gəlməsi qaydaları və “2017 Formula 1” Azərbaycan Qran-Pri yarışı ilə bağlı viza prosedurlarının sadələşdirilməsinə dair izahedici söhbət aparıb, onlara məlumatlandırma xarakterli müvafiq məktublar təqdim olunub. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatına və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına məlumatlandırma xarakterli məktublar hazırlanaraq göndərilib və onlar tərəfindən verilən suallar ətraflı cavablandırılıb.

 

Qeyd edək ki, prezident İlham Əliyev  bu il martın 2-də “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” və “2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncamlar imzalayıb.  “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncama əsasən müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və gedə bilərlər. “2017 Formula 1” Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn və Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd və yaxud Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə 2017-ci il mayın 15-dən iyulun 15-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
  • bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib
    Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşi...
bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ