Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın Baş Konfransı Qalaaltında keçiriləcək

avropa tarixi termal seherler assosiasiyanin bas konfransi qalaaltinda kecirilecek

Bakı. Cavid Zeynallı - APA. 2018-ci ildə Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Konfransı Azərbaycanın “Qalaaltı” kurort mərkəzində keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Assambleyasında “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşı, Azərbaycan tərəfindən adıçəkilən təşkilatda koordinator olan Günel Aslanova iştirak edib.Tədbirin gündəliyində öz əksini tapmış bir neçə məsələlərdən biri də 2018-ci ildə assosiasiyanın Baş Konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla, 3 ölkədən birində keçirilməsinin səsə qoyulması olub. Konfransın ikinci hissəsində gizli səsvermə nəticəsində Azərbaycan digər ölkələri qabaqlayaraq qalib olub və tədbirin 2018-ci ilin may ayında “Qalaaltı” kurort mərkəzində keçirilməsi qərara alınıb. “Qalaaltı” sanatoriyası “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçilib.

 

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının xəritəsinə artıq Azərbaycan da əlavə olunub, "Qalaaltı" kurort mərkəzi haqqında geniş məlumatlar və fotoşəkillər öz əksini tapıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida milli suranin mitinqi kecirilib yenilenib
    Bakıda Milli Şuranın mitinqi keçirilib - YENİLƏNİB
  • bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib
    Bakıda ilk dəfə olaraq ekstremal “Mübarizlər” yarışı təşkil ...
bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ