Azərbaycan qlobal pasport reytinqində yerini qoruyub

azerbaycan qlobal pasport reytinqinde yerini qoruyub

Bakı - APA-Economics. Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) 2016-cı il üzrə qlobal pasport reytinqini (Global Passport Power Rank 2016) açıqlayıb.

 

"APA-Economics" xəbər verir ki, "ən güclü xarici pasportlar"ın sahibi olan ölkələrin siyahısı vizasız gəliş-gediş rejimi əsasında tərtib olunub.

 

Reytinqin lideri Almaniya və İsveçdir. Bu ölkənin vətəndaşları 158 ölkəyə viza almadan daxil ola bilərlər. Ötən il birinci və ikinci yerləri ABŞ və Böyük Britaniya bölüb. Builki reytinqdə ABŞ dördüncü yerdədir.

 

Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə və Finlandiya ikinci yerdə qərarlaşıblar. Adıçəkilən ölkənin vətəndaşları 157 ölkəyə vizasız gedə bilərlər.

 

Azərbaycan reytinqdə 64-dür. Respublikamızın vətəndaşları 62 ölkəyə vizasız daxil ola bilərlər. Yeri gəlmişkən, reytinqdə Azərbaycanla eyni yeri Tanzaniya və Filippin bölüşür.

 

Qeyd edək ki, Azərbaycan ötən il də reytinqdə 64-cü yerdə olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida milli suranin mitinqi kecirilib yenilenib
    Bakıda Milli Şuranın mitinqi keçirilib - YENİLƏNİB
  • bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib
    Bakıda ilk dəfə olaraq ekstremal “Mübarizlər” yarışı təşkil ...
bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ