Bakıda turizm mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

bakida turizm movzusunda beynelxalq elmi praktiki konfrans kecirilir

Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)  "Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər" mövzusunda III beynəlxalq elmi-praktiki konfransın açılışı olub.

 

APA-nın xəbərinə görə, ATMU-nun rektor səlahiyyətlərini icra edən Eldar Aslanov bildirib ki, universitet kadr hazırlığı ilə yanaşı turizm sahəsində elmi-tədqiqatların aparılmasına, respublikada, xarici ölkələrdə fəaliyyət göstərən alimlərin bir araya gətirilərək fikir mübadiləsinin təşkilinə xüsusi önəm verir.

 

Onun sözlərinə görə, hər bir sahədə olduğu kimi turizm sektorunun inkişaf etdirilməsi elmi əsaslara, elmi tədqiqatlara söykənməlidir.

 

E. Aslanov qeyd edib ki, ənənəvi olaraq keçirilən konfransda 5 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Gürcüstandan olan tədqiqatçıların turizmin müxtəlif sahələrinə dair 33 məruzə dinləniləcək.

 

Qeyd olunub ki, konfransda 4 bölmədə iştirakçılar fikir mübadiləsi aparacaq, XXI əsrdə turizmin dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu inkişafa töhfəsi və s. haqda məlumat verəcəklər.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
  • bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib
    Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşi...
bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ