Çimərliklərdə təhlükəsizliyə dair tələblər sərtləşdiriləcək

cimerliklerde tehlukesizliye dair telebler sertlesdirilecek

Çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, çimərlik operatorlarının fəaliyyəti məhdudlaşdırılacaq.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən  “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

 

Tədbirlər Planına əsasən Fövqəladə Hallar Nazirliyi 2017-2020-ci illərdə çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, çimərlik operatorlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir. Nazirlik bu müddət ərzində çimərlik operatorları ilə müqavilə əsasında su hövzəsinin çimərliyə aid olan hissəsində xilasetmə, su nəqliyyatı vasitələri ilə xidmət göstərilməsi mexanizminin yaradılması ilə bağlı tədbirlər görməlidir. Fövqəladə Hallar Nazirliyi 2017-2020-ci illərdə çimərlik operatorları ilə müqavilə əsasında çimərlik ərazisinin su akvatoriyasını təmizləmək mexanizminin yaradılması ilə bağlı tədbirlər də görməlidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
  • bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib
    Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşi...
bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ