Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının baş katibi ilə görüşüb

ebulfes qarayev dunya turizm teskilatinin bas katibi ile gorusub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Madriddə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlıq, “Beynəlxalq davamlı turizm ili” çərçivəsində görüləcək işlər, may ayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı müzakirələr aparılıb.

 

Əbülfəs Qarayev Azərbaycan prezidenti İlham Əliyevin son aylarda turizm sahəsi ilə bağlı sərəncamlar verdiyini, Turizm Şurasının yaradıldığını, turizm sahəsinin inkişafı ilə bağlı strateji yol xəritəsinin təsdiq edildiyini diqqətə çatdırıb.

 

Nazir 2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11 faiz artım olduğunu qeyd edərək bu rəqəmin 2017-ci ildə daha da artacağını vurğulayıb. 

 

Görüşün sonunda qərara alınıb ki, Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında işçi qaydada intensiv təmaslar davam etdirilsin. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:06 16 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bir qrup herbci sehid mayorun ailesine bas cekib
    Bir qrup hərbçi şəhid mayorun ailəsinə baş çəkib
  • su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub
    Su borusunun partlaması Binəqədi-Novxanı avtomobil yolunda ç...
su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9972
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ