Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb

ebulfes qarayev umumdunya turizm teskilatinin bas katibi ile gorusub

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyasında iştirak etmək üçün Misirdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təşkilatın baş katibi Taleb Rifai ilə görüşüb.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Ümumdünya Turizm Təşkilatı arasında olan münasibətlər, may ayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil olunacaq beynəlxalq tədbirlər və layihələr müzakirə edilib.

 

Ə. Qarayev “2017-ci il inkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində Azərbaycan və Ümumdünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlər haqqında məlumat verib. O, təşkilatı Azərbaycanda bu il çərçivəsində keçiriləcək tədbirlərə tərəfdaş olmağa dəvət edib.

 

Görüşdə dekabrın 5-də  Parisdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli toplantısının gündəliyinin birgə hazırlanması qərara alınıb.

 

Nazirlikdən əlavə ediblər ki, Taleb Rifai Azərbaycanda turizm sahəsində həyata keçirilən islahatların onda yüksək təəssürat yaratdığını diqqətə çatdırıb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kecmis telekanal rehberinin cayda batan oglunun meyiti tapilib yenilenib
    Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıl...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ