Əcnəbilərə ƏDV-nin geri qaytarılması qaydasına dəyişikliklər təsdiqlənib

ecnebilere edv nin geri qaytarilmasi qaydasina deyisiklikler tesdiqlenib

Azərbaycan prezidenti İlham Əliyev “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında 2016-cı il 12 iyul tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, fərmanının 5-ci hissəsində “və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “və hava nəqliyyatında” sözləri “, hava və su nəqliyyatında” sözləri ilə əvəz edilib.

 

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” üzrə 1.1-ci bənddə “hava” sözündən sonra “və su” sözləri, 1.3.6-cı yarımbənddə “lisenziya” sözündən sonra “və ya icazə” sözləri əlavə edilib.

 

Qeyd edək ki, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan ərazisindən hava nəqliyyatı vasitəsilə aparılarkən geri qaytarılması qaydasını tənzimləyir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ramil quliyev men iki olkenin bayragini ucaltmisam musahibe
    Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam”-MÜSAHİB...
  • azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib
    Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçiri...
azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ