İlham Əliyev: “Vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi”

ilham eliyev vizalarla bagli veziyyet bizi qane ede bilmezdi

“ASAN viza”nın yaradılması əslində bir zərurət idi. Çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında deyib.

 

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, bu, ölkə iqtisadiyyatına da böyük töhfədir: “Həm otellər, həm də ictimai yerlər işləyir, deməli, ölkəmizə valyuta gəlir. Ancaq dəfələrlə eşitmişdim ki, Azərbaycana gəlmək üçün viza almaq böyük problemdir. Çünki vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Həm pozuntular kifayət qədər çox idi, həm əsassız tələblər irəli sürülürdü. Ümumiyyətlə, Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün “ASAN viza” yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər. Mənə verilən məlumata görə, bu il, - hətta “ASAN viza” hələ işə düşməmiş, - Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. Bəzi ölkələr var ki, o ölkələrdən gələnlərin sayı 30-40 dəfə artıb. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ramil quliyev men iki olkenin bayragini ucaltmisam musahibe
    Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam”-MÜSAHİB...
  • azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib
    Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçiri...
azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ