Mədəniyyət və Turizm Nazirliyi Ermənistanın təxribatı ilə bağlı etiraz məktubu ünvanlayıb

medeniyyet ve turizm nazirliyi ermenistanin texribati ile bagli etiraz mektubu unvanlayib

Mədəniyyət və Turizm Nazirliyi Ermənistanın təxribatı ilə bağlı “Fitur-2017” turizm sərgisinin təşkilatçılarına etiraz məktubu göndərib. 

 

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib.

 

Şöbə müdiri qeyd edib ki, il ərzində mədəniyyət və turizm mövzusunda olan beynəlxalq tədbirlərdə erməni tərəfi təxribatlara əl atıb: “Mütəmadi olaraq Azərbaycan Respublikasının Xarici İşlər NazirliyiMədəniyyət və Turizm Nazirliyi tərəfindən həm beynəlxalq təşkilatlara, həm tədbirlərin təşkilatçılarına bu halların qarşısının alınması üçün əvvəlcədən müvafiq müraciətlər ünvanlanır. Bu faktla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatında keçirdiyi rəsmi görüşlər zamanı öz narahatlığını ifadə edib”. 

 

Nazirlik rəsmisi bildirib ki, Beynəlxalq Turizm Təşkilatının tanınmamış ərazilərin təbliğ edilməməsi ilə bağlı müvafiq qərarı var.

 

Qeyd edək ki, Madriddə keçirilən ənənəvi “Fitur-2017” beynəlxalq turizm sərgisində Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimin təbliği məqsədilə stend nümayiş etdirir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ilk defe kecirilen maneeli ekstremal yarisinda 15 nefer qalib gelib yenilenib
    Bakıda ilk dəfə keçirilən maneəli ekstremal yarışında 15 nəf...
  • bakida milli suranin mitinqi kecirilib yenilenib
    Bakıda Milli Şuranın mitinqi keçirilib - YENİLƏNİB
bakida milli suranin mitinqi kecirilib yenilenib bakida milli suranin mitinqi kecirilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ