Nazir: "Azərbaycana gələn ərəb turistlərin sayı 8 dəfə artıb”

nazir azerbaycana gelen ereb turistlerin sayi 8 defe artib

Bakı. Cavid Zeynallı - APA. Bakıda turizm işçilərinin peşə bayramı münasibəti ilə mətbuat konfransı keçirilib.

 

APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev peşə bayramının təsis olunmasını turizm sənayesinin gələcək inkişafı üçün həlledici addım kimi dəyərləndirib. Nazir deyib ki, son illərdə Azərbaycana gələn turistlərin sayında böyük artım qeydə alınıb: "Təkcə bir faktı qeyd etmək lazımdır ki, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı keçən illə müqayisədə 8 dəfə çoxdur. Bu sahədə aparılan dövlət siyasəti artıq müsbət nəticəsini verməkdədir. Sevindirici haldır ki, təkcə ərəb ölkələrindən yox, Rusiya və Qazaxıstandan da çoxsaylı turist gəlir. Hazırda əsas istiqamətimiz xidmət səviyyəsində keyfiyyət dəyişikliyinə nail olmaqdır".

 

Nazir əlavə edib ki, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində beynəlxalq təcrübədən istifadə edilir: "Yeni layihə Milli Məclisdə müzakirə olunacaq. Bu qanunun qəbulu inkişafı daha da sürətləndirəcək. Artıq əminliklə deyə bilərik ki, Azərbaycanın yeni strategiyasında turizm özünəməxsus yer tutur". 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ