Azərbaycanda Ticarət Festivalının keçiriləcəyi tarix məlum olub

azerbaycanda ticaret festivalinin kecirileceyi tarix melum olub

"Birinci Ticarət Festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək".

 

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının iclasında deyib.

 

Nazir qeyd edib ki, həmin ərəfədə Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçiriləcəyini nəzərə alsaq, bu festivala xarici turistlərin marağı daha yüksək olacaq: “Ticarət festivalları davamlı olaraq keçiriləcək. Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur”. 

 

Nazir turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə Turizm Şurasının katibliyinin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qruplarının yaradılacağını deyib: “Turizm bir sıra dövlət qurumlarının fəaliyyətindən asılıdır. Turizm Şurasında da bu dövlət qurumları təmsil olunur və bundan sonra da əsas işimiz əlaqədar dövlət strukturları ilə birgə çalışaraq, qarşıya çıxan çətinlikləri həll edərək, ölkəmizdə turizmin daha da inkişafına nail olacağıq. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ