Universitet yataqxanalarının turistlərin istifadəsinə verilməsi üçün təkliflər hazırlanacaq

universitet yataqxanalarinin turistlerin istifadesine verilmesi ucun teklifler hazirlanacaq

Universitet yataqxanalarının turistlərin istifadəsinə verilməsi üçün təkliflər hazırlanacaq.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Xəritədə göstərilir ki, Turizm Şurasının yaradacağı Büro tərəfindən müvafiq dövlət qurumlarının razılığı əsasında yay tətili dövründə Bakıda yerləşən və müasir tələblərə cavab verən universitet yataqxanalarının uyğun qiymətə turist yerləşdirmə obyektləri kimi istifadəsinə dair təkliflər hazırlanacaq və aidiyyəti dövlət qurumları tərəfindən məqsədəuyğun hesab ediləcəyi təqdirdə, müvafiq tədbirlərin həyata keçirilməsinə və təşviqinə başlanılacaq. 

 

Təşəbbüslərin 2020-ci ildə uyğun qiyməti üstün tutan turist səfərləri vasitəsilə birbaşa 45 milyon manat və dolayı 25 milyon manat olmaqla, ümumilikdə real ÜDM-də 70 milyon manat artım potensialına malik olacağı və 2020-ci ildə uyğun qiymətə olan yerləşdirmə otaqlarının ümumi otaqlarda payının hazırkı 30 faiz səviyyəsində qalacağı, eləcə də 2020-ci ildə ümumilikdə 6200 olmaqla, bilavasitə turizm sektorunda 4500 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
  • ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib
    İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri...
ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ